Triple DES

Üçqat DES – DES şifrinin variantıdır, açıq mətn üç dəfə şifrələmə prosesindən keçir. Bu alqoritmin bir neçə istifadə rejimi var: DES-EEE2, DES-EDE3, DES-EEE2, DES-EDE2. Bu rejimlərdə iki və ya üç müxtəlif açar istifadə edilə bilər. Trollinq Trollinq – oxucuları emosional cavablara təhrik etmək və ya mövzu ətrafında normal müzakirələri pozmaq niyyəti ilə onlayn cəmiyyətlərdə (xəbər qrupları, forum, çat otaqları və ya bloqlar) təhrikedici, mövzudan kənar statuslar yerləşdirərək provakasiya yaradılması.
Trapdoor
Triple-DES
OBASTAN VİKİ
Journal des sçavans
Journal des Sçavans (sonralar Journal des savants adlandırılmışdır) Denis de Sallo tərəfindən təsis edilmiş və Avropada nəşr olunan ilk elmi jurnal olmuşdur, baxmayaraq ki, əvvəldən bu jurnalda kilsə tarixi və hüquqi hesabatlar kimi müxtəlif elmi olmayan məzmunlar da mövcud olmuşdur. Birinci nəşri 1665-ci il yanvarın 5-də 12 səhifəlik (dörd yarpaqlı) broşüralar şəklində nəşr edilmişdir. Jurnal 1792-ci ildə Fransız İnqilabı zamanı nəşr ömrünü başa vurmuşdur. 1797-ci ildə Journal des savants kimi yenidən meydana çıxsa da, 1816-cı ilə qədər mütəmadi formada nəşr olunmamışdır. Bu tarixdən sonra müntəzəm olaraq nəşr olunsa da, məzmunu xeyli dəyişərək elmi deyil, ədəbi nəşrə çevrilmişdir.
Musée des Blindés
Musée des Blindés ("Zirehli Nəqliyyat vasitələri Muzeyi") və ya Musée Général Estienne Fransanın Loire Vadisində, Saumur şəhərində yerləşən bir tank muzeyidir. Bu gün dünyanın ən böyük tank muzeylərindən biridir. 1977-ci ildə həm Fransız hərbi iyerarxiyasını, həm də yerli siyasi məmurları inandıran polkovnik Mişel Aubrinin rəhbərliyi ilə quruldu. 35 il əvvəl yalnız bir neçə yüz tırtıllı nəqliyyat vasitəsi ilə başlayan bu muzey, dünya səviyyəli kolleksiyası ilə tank inkişafı tarixi ilə maraqlanan insanları və peşəkar zirehli maşınlar üzrə mütəxəssisləri cəlb edən bir məkana çevrilmişdir. Əvvəldən polkovnik Aubry, tarixi və ya texniki baxımdan vacib olan maşınları saz vəziyyətə gətirməyi muzeyin əsas siyasəti etmişdir. Muzey dünyada ən böyük zirehli döyüş maşınlarının kolleksiyasına malikdir və 880-dən çox nəqliyyat vasitəsindən ibarətdir və yalnız dünyada daha çox tanka malik olan İngiltərədəki Tank Muzeyindən geri qalır. 1993-cü ildə daha böyük bir binaya köçürülsə də, yer olmadığı üçün muzeydəki nəqliyyat vasitələrinin yalnız dörddə bir hissəsi nümayiş etdirilə bilir. Muzeydə 200-dən çox vasitə tam işlək vəziyyətdədir, o cümlədən dünyada yeganə olaraq hələ də işləyə bilən Üçüncü Reyx istehsalı olan Tiger II tankı da bura daxildir. Tiger II, ümumiyyətlə hər il yayda baş verən Carrousel adlı zirehli avtomobil şousunda iştirak edir. Saumur bir əsrdən çoxdur ki, süvarilər üçün ənənəvi bir təlim mərkəzidir; hal-hazırda tamamilə zirehli maşın mütəxəssisləri hazırlığına yönləndirilmiş Zirehli Süvari Təlim Məktəbi də burada yerləşir.
Oberkommando des Heeres
Oberkommando des Heeres (qısaca: OKH, Quru Qoşunlarının Baş Qərargahı) — 1935–1945-ci illər arasında Nasizm dövründə Heer (Quru Qoşunları) qərargahına verilən addır. Veymar Respublikası dövründən Almaniyanın silahlı qüvvələrinin adı olan Reichswehr, Adolf Hitlerin 16 mart 1935-ci ildə Versal sülh müqaviləsinin Almaniya Silahlı Qüvvələrini məhdudlaşdıran maddələrini ləğv edərək yenidən silahlandırma haqqında qanun verməsindən sonra Wehrmacht olaraq dəyişdirildi. Wehrmachtın quru qüvvələri qolu olan Reichsheer də Heer adlandırıldı və OKH Heerin baş qərargahı olaraq yaradıldı. Faşistlərin sovet əsirlərinə qarşı etdiyi cinayətlərin əhəmiyyətli bir hissəsi Oberkommando des Heeresin əmri ilə baş vermişdir.
École des Beaux-Arts
École des Beaux-Arts, tam adı ilə, École Nationale Supérieure Des Beaux-arts, Jean-Baptiste Colbert (XIV Louis dövrünün naziri) tərəfindən Académie Royale d'Armitecture adı altında 1671-ci ildə Parisdə yaradılmış bir təsviri sənət məktəbidir. 1793-cü ildə Académie Royale de Peinture et de Sculpture (1648-ci ildə yaradılıb) məktəbi ilə birləşdirildi. Məktəb rəsmxət, rəsm, heykəltaraşlıq və memarlıq (1968-ci ilə qədər) kimi təsviri sənətlərdən dərs deyir.
Association des Etats Generaux des Etudiants de l'Europe
AEGEE (fr. Association des États Généraux des Étudiants de l'Europe) , yaxud Avropa Tələbələr Forumu, Avropanın ən böyük, transmilli tələbə təşkilatlarından biridir. 1985-ci ildə Parisdə əsası qoyulan AEGEE, hal-hazırda öz əlaqələrini genişləndirərək Avropanın 40 ölkəsinin 147 şəhərindən olan 13.000 tələbəni özündə birləşdirir. İdarə heyəti və baş ofisi Brüsseldə olan AEGEE-nin Rusiya, Türkiyə və Qafqaz da daxil olmaqla, Avropadakı universitet şəhərlərində 200 -dən çox yerli şöbələri (antenna) mövcuddur. Qeyri-hökumət, siyasi cəhətdən müstəqil, heç bir gəlir marağında olmayan bu təşkilat bütün sahələrdən və fakültələrdən olan tələbələrin və gənclərin üzünə açıqdır. Təşkilatın əsas məqsədi bərabərhüquqlu, demokratik və sərhədsiz - vahid Avropa məkanı yaratmaqdır. Hər il şəbəkə daxilində yüzlərlə konfrans, təlim və tədbirlər təşkil edilir. Həyata keçirilən bütün layihələr və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. 1985 Assosiasiyanın əsası 16 Aprel 1985-ci ildə EGEE 1 konfransının (États Généraux des Étudiants de l'Europe) nəticəsi olaraq Parisdə: Leyden, London, Madrid və Milandan olan tələbələrin toplantısı zamanı qoyulmuşdur. Bu toplantı Parisdəki beş “Grandes Écoles” ilə birlikdə qurucu prezident Franck Biancheri tərəfindən təşkil edilmişdir.
École nationale supérieure des mines de Paris
Mines Paris - PSL (École nationale supérieure des mines de Paris və ya Mines Paris kimi də tanınır) Fransanın ən tarixi mühəndislik məktəblərindən biridir. Paris yerləşən bu məktəb "Grande Ecole" statusuna malikdir. O, həmçinin Conférence des Grandes Écoles və PSL Research University üzvüdür və əsasən şirkətlərdə işləmək üçün nəzərdə tutulmuş yüksək səviyyəli ümumi mühəndislər hazırlayır.